isaznow.com
Az Iw En Ru

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 20-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
 
Xidmətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul saat 11:00-da SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin inzibati binasında (Sumqayıt şəh. 4 mkr. C.Cabbarlı küç. 4) başlayacaq.
 
Qəbula Abşeron, Qubadlı və Sumqayıt sakinləri gələ bilərlər.

 


16:50 31.10.2014