isaznow.com
Az Iw En Ru

Tanımadığı şəxs tərəfindən bıçaqlandı

Kanal24.az verir ki, Gəncə sakini 29 yaşlı Kənan Alınağıyev sol çənə bucağında bıçaq yaraları olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinə zamanı Alınağıyevin xəsarətlərinin ciddi olmadığı üzə çıxıb. Həkimlər yaralıya yardım göstərərək ambulator müalicə üçün evə buraxıb.

İlkin məlumata görə Kənan Alınağıyev şəhərin Məhsəti qəsəbəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Məlumatın nə qədər doğru olub olmadığı polisin araşdırmasından sonra bəlli olacaq.


06:47 31.10.2014