

Oktyabrın 30-da Təhsil Nazirliyində bu qurum ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov və ASK-nin prezidenti Məmməd Musayev çıxış ediblər. İki qurum arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonra əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi M. Cabbarov və M. Musayev imzalayıblar.