isaznow.com
Az Iw En Ru

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər

Avropa İttifaqı (Aİ) hesab edir ki, noyabrın 2-də Donbasda keçiriləcək seçkilər Minsk razılaşmasına və Ukrayna qanunlarına ziddir. Rusiyanın bu seçkilərin legitimliyini tanıması böhranın dondurulmuş münaqişə halına keçməsinə şərait yaradacaq.

Kanal24 RİAnovosti informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi Moskvanın tanınmamış Donetsk və Luqansk respublikalarında keçiriləcək seçkiləri tanıyacağı təqdirdə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
Bir qədər əvvəl Aİ Rusiyanın Ukraynanın şərqində keçiriləcək seçkiləri tanımaq niyyətindən məyusluğunu bəyan etmiş və bu seçkilərin Minsk razılaşmalarına zidd olduğunu xatırlatmışdı. Qurumda, həmçinin Rusiyanın bu seçkilərin legitimliyini tanımasının böhranın dondurulmuş münaqişə halına keçməsinə şərait yaradacağını və bu təqdirdə Aİ-nin sanksiyaları sərtləşdirmək istiqamətində tükənməz imkanlarının olduğu da bildirilib.


21:23 30.10.2014