

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In topuğundan əməliyyat olunub.
AzərTAc France-Presse agentliyinə istinadla xəbər verir ki, KXDR rəhbərinin topuğundakı nasazlıq onun altı həftə ictimaiyyət qarşısına çıxmamasına səbəb olmuşdu. Əməliyyatın xarici mütəxəssislər tərəfindən aparıldığı bildirilir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen İnın səhhəti hazırda yaxşılaşmağa doğru gedir.