isaznow.com
Az Iw En Ru

Rusiya və Ukrayna razılığa gəliblər

Moskva və Kiyev qış dövründə Ukraynaya qaz tədarükünün bərpa edilməsi üçün baza şərtləri razılaşdırıblar.

Kanal24.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, mövcud müqaviləyə əlavə olaraq "Naftaqaz" və "Qazprom"la sənədlər paketi hazırlanacaq: "Paketdə sutkalıq rejimdə tədarük həcmləri ilə bağlı texniki məqamlar və s. məsələlər əksini tapacaq".

Nazir əlavə edib ki, Avropa Komissiyası Rusiya-Ukrayna qaz mübahisəsinin nizamlanması üzrə Rusiyanın mövqeyi ilə tam razıdır.


20:35 30.10.2014