isaznow.com
Az Iw En Ru

Dünya çempionatının oyunları süni meydançalarda

FİFA-nın baş katibi Jerom Valke kişilər arasında futbol üzrə müəyyən dünya çempionatı matçlarının süni meydançalarda keçirilməsinin tamamilə mümkün olduğunu istisna etmir. Bu barədə Kanal24 RİA Novosti-yə istinadən xəbər verir.

FİFA-nın qərarına görə, 2015-ci ildə qadınlar arasında dünya çempionatı süni örtüklü stadionlarda keçiriləcək.

FİFA-nın rəsmi saytı Valkedən sitat gətirərək yazır: "Bu, pul və ya turnirlərdə kişilər və qadınlar arasında fərq məsələsi deyil, Kanadanın təbii şəraiti məsələsidir. Tamamilə mümkündür ki, gec-tez kişilər arasında dünya çempionatı da süni meydanlarda keçirilsin”.

Futbol üzrə kişilər arasında növbəti dünya çempionatları Rusiyada (2018-ci ildə) və Qətərdə (2022-ci ildə) keçiriləcək.


17:32 30.10.2014