isaznow.com
Az Iw En Ru

"Qarabağ" lider, "Neftçi" ikincidir

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyunda "İnter" və "Qarabağ" klubları qarşılaşıblar. Bakıda keçirilən matç elə başladığı kimi də başa çatıb - 0:0.

Beləliklə, "Qarabağ" 9 oyundan sonra 18 xalla turnir cədvəlinə liderlik edir, "Neftçi" və "Qəbələ" isə liderdən 1 xal geri qalmaqla ikinci və üçüncü yerləri bölüşürlər.

Turun digər oyunları:

AZAL – “Simurq” - 2:2
“Araz Naxçıvan” – “Qəbələ” - 0:1
“Bakı” – “Neftçi” - 1:3
“Sumqayıt” – “Xəzər Lənkəran” - 1:2


02:54 30.10.2014