

Dünən Xankəndidə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində “məhkəmə” prosesi keçirilib.
Girovların müdafiəçiləri kimi separatçı rejim tərəfindən təyin olunmuş “vəkillər” Erik Beqlaryan və Arkadi İsraelyan “proses”ə çıxıblar.
Məhkəmə prosesindən yeni görüntülər yayımlanıb. Görüntülərdə separatçı rejimi n “hakimi” Şahbaz Quliyevin soruğusun həyata keçirib. O, əsirimizə ölən azyaşlı ilə bağlı sual verib.
Hakimin “Siz həmçinin həddi buluğa çatmamış uşağın oğurluğunda günahlandırılırsınız. Bu oğurluqda kim iştirak edirdi və sizin bunda rolunuz nədən ibarət idi?” sualına Şahbaz Quliyev belə cavab verib:
“Mən uşağın öldürülməsinə mane olurdum. Başımı qaldıranda iki nəfəri gördüm,onlar heç nə demədən getdilər.Yolda da ona nəsə etmək istədilər,mən yenə də buna mane oldum. Mənim onu öldürmək fikrim olmayıb. Mən ona bacardığım köməyi göstərdim. Onlar mənlə danışmırdılar”.
Xatırladaq ki, separatçılar tərəfindən irəli sürülən iddiaya görə, Ş.Quliyev, D.Əsgərov və Ermənistan hərbçiləri tərəfindən öldürülmüş Həsən Həsənov silah və hərbi sursatla 2014-cü il iyunun 29-da “qanunsuz şəkildə sərhədləri keçib və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olublar”.
Onlar iyulun 4-də Smbat Mexakoviş Tsakanyan adlı yeniyetmənin öldürülməsində də ittiham olunurlar.