

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının loqosunun təqdimat mərasimi keçirilib.
Kanal24.az xəbər verir ki, FİFA prezidenti Yozef Blatterin də qatıldığı mərasimdə yerli idman funksionerləri, futbol ulduzları, Rusiyanın tanınmış simaları da iştirak edib.
Canlı yayımda təqdim olunan loqoda dünya kuboku əks olunub. Mundialın rəmzini birinci olaraq peykdə olan kosmonavtlar nümayiş etdirib.
Qeyd edək ki, dünya çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.