

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların oktyabrın 31-nə nəzərdə tutulmuş qəbulun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Kanal24-ə bildiriblər ki, qəbul noyabrın 27-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək.