isaznow.com
Az Iw En Ru

Yararsız məhsullar satışdan çıxarılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Bakının Sabunçu, Xətai rayonlarında, eləcə də Sumqayıt şəhərində, Tovuz, Biləsuvar, Sabirabad, Gəncə, Qusar, Şabran və Şəki rayonlarında mağazalarda saxlanma müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.


17:54 29.10.2014