

Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1140,5 milyon manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,6 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən Kanal24.az-a bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 58,8 faizi mobil telefon rabitəsinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3 faiz artaraq 671,1 milyon manat təşkil edib.