

Türkiyənin Karaman vilayətinin Ermenet bölgəsindəki kömür mədənlərindən birini su basıb.
Kanal24.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, mədəndəki 18 işçi ilə əlaqə kəsilib. Digər 34 nəfərin isə xilas olunduğu bildirilir.
Enerji və təbii qaynaqlar naziri Taner Yıldız hadisə yerinə jurnalistlərə bildirib ki, xilasetmə işləri davam etdirilir. O, mədənin özəl şirkətə məxsus olduğunu da qeyd edib.
"Hər iki saatda təxminən bir metrlik su yüksəlməsi var. Su yüksəlməsi davam edir. Suyun hansı səbəblə və necə gəldiyi bu anda təsbit edilmiş deyil”.
Nazir "zaman əleyhimizə işləyir" deyə əlavə edib.