isaznow.com
Az Iw En Ru

Azərbaycandakı Rus İcmasından Kəlbəcər girovları ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik”

Xəbər verdiyimiz kimi Azərbaycanın Rus İcması bu ilin iyul ayında Kəlbəcərdə erməni silahlı birləşmələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlı  bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Azərbaycanın Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin bir müddət öncə verdiyi açıqlamada müraciətə cavab almadıqlarını bildirmişdi.

İcma rəhbəri  Dağlıq Qarabağdakı separatçı rejimdə azərbaycanlı girovlara qarşı təşkil edilən qondarma məhkəmədən narahatlığını bəyan edib.

Kanal24.az xəbər verir ki, Mixail Zabelin Modern.az saytına açıqlamasında bildirib ki, rəhbərlik etdiyi ictimai birlik Kəlbəcər girovlarının azad olunması üçün əlindən gələni edir.

Deputat qeyd edib ki, buna baxmayaraq Rusiya prezidenti Vladimir Putinə ünvanlanan müraciət hələ də cavabsız qalıb. “Biz müraciətə cavab almağa çalışsaq da, hələ ki, buna nail ola bilməmişik. Güman edirəm ki, yaxın zamanlarda girovlarla bağlı bizim məktuba Rusiya tərəfindən reaksiya veriləcək”,-deyə Mixail Zabelin söyləyib. 

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı qurumda girov saxlanılan girov Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. <p">Bildirək ki, ötən gün Xankəndidə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə prosesi”nə start verilib.


00:24 29.10.2014