

Türkiyənin bir çox bölgələrində yağan güclü yağışlar selə səbəb olub.
Kanal24.az-ın məlumatına görə, bu barədə ölkənin Anadolu agentliyi xəbər verir.
Məlumata əsasən, sel nəticəsində bir çox yerlərdə evləri su basıb, yollar bağlanıb.
Sinoptiklər qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.