

Rusiyanın Ural bölgəsinin iki ən böyük şəhərinin – Yekaterinburq və Çelyabinsk şəhəri sakinlərinin kütləvi davası sosial şəbəkələrdə böyük maraq doğurub.
Kanal24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərlərdən eyni uzaqlıqda yerləşən neytral ərazidə görüşən 38 nəfəlik 2 qrup amansız əlbəyaxa döyüşə başlayıblar. Avtobuslarla əraziyə gələn gənclər davadan sonra heç nə olmamış kimi bir-biri ilə sağollaşaraq geri dönüblər. Hadisə zamanı heç kəsin ciddi xəsarət almadığı bildirilir.