

Oktyabrın 5-də səhər saat 9-dan başlayaraq Qurban bayramı münasibətilə Bakının əksər məscidlərində bayram namazı qılınıb.
Kanal24.az xəbər verir ki, bütün məscidlərdə olduğu kimi Təzəpir məscidində də insanlar bayram namazını qılmaq üçün toplaşıblar.
Qeyd edək ki, oktybarın 4-dən başlayaraq bütün dünya müsəlmanları Qurban bayramını qeyd edir. Artıq dünyanın müxtəlif ölkələrində müsəlmanlar məscidlərə toplaşaraq bayram namazlarını qılıb və hazırda qurbanlarını kəsirlər. Azərbaycanda da Qurban bayramı dünəndən qeyd olunmağa başlanıb.