

Ermənilər internet məkanında Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəmə videosunu paylaşıblar.
Yerləşdirilmiş videoda ilkin olaraq təxminən səhər saatlarında ikimərtəbəli sovet dövründən qalma bina təsvir edilir.
Binanın sol küncündə “Niva” və yarımçıq şəkildə görünən maşın, sağ küncündə isə iki şəxsin biri-biri ilə danışığı yer alıb. Binanın giriş hissəsində bir erməni dayanıb.
Təbii ki, ermənilər girovlarla bağlı qanunsuz “məhkəmə işi”ni apararkən internetdə təhlükəsizlik tədbirləri səbəbiylə çaşdırıcı binanın görüntülərini də yerləşdirə bilərlər.
Diqqət ediləsi gərəkən məqamlardan biri də çəkiliş aparılan binanın içəri və çöl pəncərələri ölçülərinə görə fərqlənməsindədir.
Xankəndində bu tipli binalar tikiş üslubuna görə çox da fərqlənmir. Kadrlarda gözləri bağlı şəkildə içəri gətirilən Dilqəm Əsgərov və Şahbaz Quliyevi üç nəfər hərbi geyimli və iki nəfər xüsusi təyinatlı erməni müşayiət edir.
Yerləşdirilən videonun sonunda guya ölmüş Tsaqanyanın anası hərbi geyimdə göstərilir. Özünü məğrur göstərən bu qadın tapılmış oğlunun tabutdakı sifətini belə, görməyib. Təbii ki, bu videomaterial erməni təbliğat maşınının məhsuludur. Bununla qondarma rejim proseslərdə Ermənistan Respublikasının birbaşa iştirakını inkar edərək özlərini müstəqil və demokratik bir qurum olaraq göstərməyə çalışır.
Lakin həqiqət ondan ibarətdir ki, saxlanılan girovlar Xankəndindən İrəvana göndərilmiş və Ermənistan təhlükəsizlik orqanlarında saxlanılmışdır./modern.az/