

“Beşiktaş” yanvar ayında heyətinə daha bir legioner futbolçu qatmaq istəyir.
Kanal24.az xəbər verir ki, “Norveç”in “Molde” klubunda çıxış edən 23 yaşlı futbolçu Martin Linnes qışda “qara qartal”ın formasını geyinə bilər. “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç də israrla sağ cinah müdafiəçisini heyətdə görmək istəyir.