isaznow.com
Az Iw En Ru

Lənkəranda evləri su basdı

Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunda fövqəladə vəziyyət yaranıb. 

 

Kanal24.az anspress-ə istinadən xəbər verir ki,  Lənkəran şəhərində və kəndlərdə böyük gölməçilər yaranıb.

Rayonun kəndlərində də vəziyyət acınacaqlı hal alıb. Yüzlərlə evin həyəti yağış suları ilə dolub. Bir çox evlərin birinci mərtəbələri su altında qalıb.

Hadisə ilə bağlı rayon icra nüməyəndələri ərazilərə baxış keçirirlər. İcra hakimiyyətindən bildirilib ki, yağış sularının axması üçün kanallar açılıb. Qısa müddət ərzində problemin aradan qaldırılacağı bildirilib.

 


19:19 27.10.2014