

İtaliya “A seriya”sında 8-ci turun oyunları keçirilib.
Kanal24.az xəbər verir ki, öz meydanında “Fiorentina”nı qəbul edən “Milan” 1-1 hesablı heç-heçə edib. Görüşün 25-ci dəqiqəsində Naycl De Yonq “Milan”ı hesabda önə keçirib. 65-ci dəqiqədə İliçiç “Fiorentina”ya 1 xal qazandıran qolu vurub.Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən “Milan”6-cı sırada qərarlaşıb.