

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində Azərbaycan Mətbuat Şurası Gəncədə və regionda fəaliyyət göstərən media nümayəndələri ilə “dəyirmi masa” keçirib.
Kanal24.az-ın məlumatına görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə, Şuranın monitorinq qrupunun rəhbəri İlham Abbasov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “ Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Yeni Gəncə” qezetinin baş redaktoru Süsən Tağıyeva, “İnteraz”ın bölgə müxbiri Qalib Rəhimov və başqaları çıxış ediblər.
Sonda Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV nümayəndələrinin suallarını cavablandırıb.