

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindən 3 nəfər balıqçı balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Aviasiya dəstəsi axtarışlara cəlb olunub. Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda Dövlət Xidməti tərəfindən axtarışlar davam etdirilir.