

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Monitorinq komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, deputatlar Rafael Hüseynov və Elxan Süleymanov isə AŞ PA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.