

Futbolçularımız isveçrəli həmyaşıdları ilə qarşılaşacaqlar.
Kanal24.az AFFA-ya istinadən məlumat verir ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Belçikanın Beringen şəhərindəki “Mijnstadion” stadionunda Azərbaycan və İsveçrə yığma komandaları qarşılaşacaqlar.
Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq oyunun baş hakimi Atenasios Qiakos, onun köməkçiləri Lazaros Dimitriadis (hər ikisi Yunanıstan), Florian Lemayre, dördüncü hakim isə Jan Krieken (hər ikisi Belçika) olacaqlar.
UEFA nümayəndəsi və hakim-inspektor Uno Tutkdur (Estoniya).