isaznow.com
Az Iw En Ru

Axtarışda olan şəxslər saxlanılıb

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Qurbanov tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Vüsal Qasımov Sabunçu Rayon Polis İdarəsinin, eyni maddə ilə axtarışda olan Elçin Abbasov isə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


20:59 25.10.2014