

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 27-də Ağsu şəhərində Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11-dən etibarən Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi, 252) keçiriləcək.
Qəbula [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, “195-2” Telefon Məlumat Mərkəzi vasitəsilə yazılmaq olar. Vətəndaşlar qəbula yazılmaq üçün nazirliyin Dağlıq Şirvan regional bölməsinə (Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23; əlaqə telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı:[email protected]) də müraciət edə bilərlər.
Bununla yanaşı, nazirliyin internet və facebook səhifələrində “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.