isaznow.com
Az Iw En Ru

Həbsdən çıxan futbolçu komandasına qələbə qazandırdı

Hazırda "Zaqatala" klubunda çıxış edən futbolçu Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.

Kanal24 xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan I Divizionunun XVIII turunda "Turan Tovuz"la səfər matçında fərqlənib. Muxtarov 6-cı dəqiqədə qol vuraraq, komandasına qələbə qazadırıb - 1:0.

Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. "Turan Tovuz" isə 25 xalla 6-cıdır.

Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" komandasında çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.


02:30 15.03.2018