

“Hayastan” ümumilli erməni fondu Azərbaycanın işğal altındakı Laçın şəhərinin yeni görüntüsünü yayıb.
Kanal24.az xəbər verir ki, hazırda Laçında başqa yerlərdən köçürülüb yerləşdirilən 2200 nəfər erməninin yaşadığı bildirilir.
“Hayastan” ümumilli erməni fondu Laçında içməli su problemi yaşayan gəlmə sakinlərin bu problemini həll etmək üçün yeni layihənin icrasına başlayıb.