isaznow.com
Az Iw En Ru

Almaniya nümayəndə heyəti şəhidlərin xatirəsini yad edib

Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Kanal24.az xəbər verir ki, oktyabrın 23-də qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


19:26 23.10.2014