

Cari il oktyabrın əvvəlinə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankında (ABB) fiziki şəxslərin müddətli əmanətlərinin 50,2 faizini manat təşkil edib.
Mərkəzi Bankın mətbuat xidmətindən Kanal24.az-a verilən məlumat görə, əmanətlərin 45,8 faizi ABŞ dolları, 2,9 faizi avro, 1 faizi funt sterlinq, 0,09 faizi qızıl və 0,01 faizi rus rublunda yerləşdirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 milyard manata bərabər olub.