

Çərşənbə günü səhər şəhərin mərkəzində atəş açanların axtarışı üzrə əməliyyat davam etdirilir.
Kanal24.az RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə Ottava polisi xəbər verib.
"İndi davam edən bu əməliyyat üçün Kanadanın kral atlı polisi ilə birlikdə bütün müvafiq resurslar cəlb olunub", - Ottava polis idarəsinin nümayəndəsi Çarlz Bordolo keçirdiyi brifinqdə bildirib.