

Bakıda intihara cəhd edən şəxs xilas edildi
Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin “Hövsan” sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub.