isaznow.com
Az Iw En Ru

Astana dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub

Qazaxıstan paytaxtı Astana dünyanın ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub.

Kanal24.az xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin paytaxt fəalları ilə görüşü zamanı bu barədə məlumat verib.

"16 il ərzində biz nəinki yeni paytaxtı tikmişik, həmçinin ondan ölkəmiz sakinlərini və dünyanın hər yerindən şəhərə gələn qonaqlarımızı təəccübləndirən və heyran edən şəhər salmışıq. Bu gün məlum olub ki, Astana şəhəri planetin ən ağıllı şəhərləri "Top-21" reytinqinə daxil olub ", - Nursultan Nazarbayev deyib.

Dövlət başçısı onu da bildirib ki, sabiq şəhər akimi (mer) İmanqali Tasmaqambetovun işlədiyi müddətdə Astana əhəmiyyətli dərəcədə yaxşılaşıb.


07:16 23.10.2014