

Fransa Prezidenti Fransua Olland gələn ilin aprelində qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək.
Kanal24.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.
Diplomatın sözlərinə görə, bu il aprelin 24-də Fransa Prezidenti Parisdə bəyan edib ki, gələn ilin bu günü o, Ermənistanda olacaq.
Səfir qeyd edib ki, may ayında Fransanın dövlət başçısı bu bəyanatı Ermənistanda təsdiqləyib.