isaznow.com
Az Iw En Ru

Şirniyyat sexində partlayış olub, xəsarət alan var

Bakıda şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, oktyabrın 21-də saat 12 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən, Bakı şəhər sakini Zorab Vazayeviçevə məxsus, konstruksiyası plastik materialdan olan şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə konstruksiya dağılıb, orada çörək bişirən işləyən Bakı şəhər sakini Samir Həşimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.


22:20 22.10.2014