isaznow.com
Az Iw En Ru

Binəqədidə seminar-müşavirə keçirilib

21 oktyabr 2014-cü il tarixdə Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin akt zalında I ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “Payız-Qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: Yerli İcra Hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirildi.
Müşavirədə Qaradağ, Binəqədi, Abşeron və Qobustan rayonlarının İcra Hakimiyyətləri başçılarının müavinləri və həmin rayonların dövlət qurumları rəhbərləri iştirak edirdilər.

Tədbirdə “Payız-Qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran əsas vəzifələr”, “Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri” mövzularında çıxışlar oldu.

Müşavirədə həmçinin rayon İcra hakimiyyətləri başçılarının müavinləri və aidiyyatı qurumların rəhbərləri Payız-Qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə çıxışlar etdilər.

Müşavirənin sonunda yeni texnologiyalar əsasında hazırlanmış ilkin yanğınsöndürmə vasitələri haqqında məlumatlar verildi, foto-stendlər, dəm qazından ehtiyatlı olun adlı qısametrajlı film nümayiş etdirilərək yanğın təhlükəsizliyi qaydaları təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanıldı.


20:22 22.10.2014