

“Axın” İctimai Birliyinin bir qrup üzvü Bakıda yerləşən uşaq evlərindən birinin qonağı oldu.
Oktyabr ayının 19-u “Axın” İctimai Birliyinin bir qrup üzvü Bakıda yerləşən uşaq evlərindən birinin qonağı oldu. Öz aralarında müəyyən məbləğ toplayıb uşaqları sevindirmək üçün əllərindən gələni etdilər. Ərzaq, geyim bir sözlə - nəyə gücləri çatır hədiyyə apardılar.
Musiqili görüşdə uşaqların sevinci üzlərindən oxunurdu. Hətta mikrofon alıb mahnı oxuyan uşaqlar da oldu.
Valideyn sevgisindən-şəfqətindən əksik qalan bu uşaqları biz-adi vətəndaşlar diqqətdən kənar qoymamalıyıq.
Samir Aslan
"Kanal24"