isaznow.com
Az Iw En Ru

İnsan haqları üzrə komissar Azərbaycana gəlir

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks Azərbaycana səfərə gəlir. Bu barədə Kanal24.az Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, komissarın səfəri oktyabrın 22-24-nə nəzərdə tutulub.

Qeyd edək ki, Nils Muiznieks Azərbaycanda İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Onu da qeyd edək ki, oktyabrın 23-24-də keçiriləcək beynəlxalq konfransda Venesiya Komisyasının Vitse-Prezidenti Herdis Torqeystottir (Herdis Thorgeirsdottir) də iştirak edəcək.


01:17 22.10.2014