isaznow.com
Az Iw En Ru

Geni dəyişdirilmiş məhsullarla bağlı analizlər aparılacaq

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) geni dəyişdirilmiş məhsullarla bağlı analizlər apara biləcək.

Nazirlikdən Kanal24.az-a verilən məlumata görə, bu məqsədlə 2015-ci il ərzində KTN üçün yeni avadanlığın alınması nəzərdə tutulur. Hazırda bunun üçün hazırlıq işləri aparılır.

Avadanlıq alındıqdan sonra onun köməyi ilə həm ölkədə becərilən, həm də xaricdən gətirilən məhsulların tərkibində geni dəyişdirilmiş orqanizmlərin olub-olmadığını yoxlamaq mümkün olacaq.


20:52 21.10.2014