isaznow.com
Az Iw En Ru

Elmar Məmmədyarov Serbiyanın yeni səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizə təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal24.az-a verilən məlumata görə, görüş əsnasında N.Rodiç etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov Azərbaycanla Serbiya arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, səfirə yeni diplomatik vəzifəsində uğurlar arzulayıb.

N.Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycanla Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


02:00 21.10.2014