isaznow.com
Az Iw En Ru

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Kanal24.az-ın məlumatına görə, əvvəlcə iclasda MSK-nın 13 oktyabr 2014-cü il tarixli iclas protokolu səsə qoyularaq yekdilliklə təsdiq olunub.

Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra cari məsələlər müzakirə olunub.

MKS sədri Məzahir Pənahov bildirib ki, 22, 23 və 24 oktyabrda bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. O, hər bir DSK üzvünün seminarlarda fəal iştirak etməsinin vacibliyini vurğulayıb.


01:47 21.10.2014