

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə (Tino Perez) həvalə olunub.
Bu barədə Kanal24.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Onun bu vəzifəyə təyinatının təsdiqi AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.