

İstanbulda küçədə 2 qıza söz ataraq onları narahat edən şəxs polis tərəfindən saxlanılıb. Lakin, 35 yaşlı V.A küçədə onu saxlayan polisi döyüb.
Kanal24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra ərazidə olan sakinlər V.A-nı yumuruqlamağa başlayıblar. Hadisə yerinə gələn digər polislər V.A-nı sakinlərin əlindən aldıqdan sonra onu polis idarəsinə aparıblar.