isaznow.com
Az Iw En Ru

Çoxuşaqlı ailələrə pul veriləcək

Bu ildən 5-dən çox uşağı olan analara hər uşağa görə 30 manat sosial müavinət ödənilir.

Kanal24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.

E.Babayev deyib ki, 5-dən çox uşağı olan ailələrdə hər uşağa görə 30 manat verilir. Lakin bu vəsait yalnız 18 yaşına çatmamış uşaqlar üçün ödənilir. Hazırda müavinət alan uşaqların sayı 8299 nəfərdir.

Qeyd edək ki, prezidentin 27 dekabr, 2013-cü il fərmanı ilə çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq üçün müavinət müəyyənləşdirilib.


21:32 20.10.2014