

“Qarabağ”la oktyabrın 23 –də Avro Liqa turnirində qarşılaşacaq “Dnepr” öz çempionatında növbəti qələbəsini qazanıb.
Kanal24.az xəbər verir ki, “Çernomorets”lə qarşılaşan “Dnepr” 2-1 hesablı qələbə qazanıb. Baxmayaraq ki, matçın 20-ci dəqiqəsində “Çernomorets”in üzvü Bobko hesabı açıb, Mazuç və Kaliniçin vurduğu qollar Kiev təmsilçisinə 3 xal gətirib. Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Dnepr” turnir cədvəlinə başçılıq edir.