isaznow.com
Az Iw En Ru

Avtomobil ağaca çırpılıb, ölən var

Qusarda avtomobil ağaca çırpılıb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində 1956-cı il təvəllüdlü Qaflanov Şaiq Səbətulla oğluna məxsus “MİTSUBİSHİ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalmış və vəfat edib.

Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.


17:42 19.10.2014