isaznow.com
Az Iw En Ru

Avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Ağstafada avtomobil dirəyə çırpılıb, 1 nəfər xəsarət alıb.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Ağstafa rayonu, Bakı-Qazax yolunun 455-ci kilometrliyində (rayon mərkəzindən 5 km aralı) “Mercedes” markalı minik avtomobilinin dirəyə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:43-də başa çatıb.


15:28 18.10.2014