isaznow.com
Az Iw En Ru

Pentaqon: Türkiyə silahlı qüvvələri İŞİD-in bu ölkəyə mümkün hücumunu neytrallaşdırmağa qadirdir

Türkiyə silahlı qüvvələri NATO-nun köməyi olmadan belə, İŞİD yaraqlılarının Suriyadan bu ölkəyə mümkün hücumunu neytrallaşdırmağa qadirdir.

Kanal24.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı quru qoşunları komandanının müavini general-mayor Uolter Payatt bildirib. Onun sözlərinə görə, Türkiyə ordusu və təhlükəsizlik qüvvələrinin səviyyəsi İŞİD-in Suriya ərazisindən mümkün ola biləcək hücumu zamanı onu ağır məğlubiyyətə uğratmağa imkan verir. Uolter Payatt, həmçinin Ankaranın da bu fikirdə olduğunu və Suriya ilə sərhədinin nəzarətini aktiv şəkildə dəstəkləmək barədə onlara müraciət etmədiyini deyib.
Avropada Amerika hərbi kontingenti məsələsinə də toxunan general Birləşmiş Ştatların Ukrayna böhranı ilə bağlı Vaşinqton və Moskva arasında münasibətlərin kəskin korlanması fonunda qitədəki silahlı qüvvələrinin sayını artırmayacağını da qeyd edib.
Xatırladaq ki, “soyuq müharibə” dövründə Avropada amerikalı hərbçilərinin sayı 350 min nəfərə çatırdı.


01:22 18.10.2014